Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.05.2026 17:40

Hikmət Hacıyev: Avroparlamentin Azərbaycanla bağlı qətnaməsi diplomatik rüsvayçılıqdır

Prezidentin köməkçisi Hikmət Hacıyev deyib ki, Birinci Qarabağ müharibəsi dövründən itkin düşən təxminən 4 min Azərbaycan vətəndaşı ilə bağlı məsələ hələ də açıq qalır. O qeyd edib ki, bu istiqamətdə Ermənistan tərəfinə dəfələrlə müraciətlər edilib, lakin indiyədək məlumat əldə olunmayıb.Prezidentin köməkçisi deyib ki,Ermənistan-Azərbaycan münaqişəsi başa çatsa da, ancaq münaqişənin yaratdığı humanitar fəsadlar hələ də gündəlikdə qalmaqda davam edir.Hikmət Hacıyev həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsini tənqid edərək, təşkilatın mandatına uyğun fəaliyyətini tam yerinə yetirmədiyini vurğulayıb. Eyni zamanda o, Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməni “diplomatik rüsvayçılıq” adlandırıb və sənədin ölkə üçün heç bir hüquqi öhdəlik yaratmadığını bildirib.