Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Bankların adından saxta səhifələr yaradaraq kiberdələduzluq etməkdə şübhəli bilinən 24 yaşlı Cavid Ağayev və 20 yaşlı Elşən Ağayev saxlanılıblar.Onlar sosial şəbəkələrdə bank və kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta hesablar yaradaraq vətəndaşları aldadıblar. Özlərini kredit əməkdaşı kimi təqdim edən şəxslər sərfəli kredit vədləri ilə insanların bank kartı məlumatlarını, CVV və OTP kodlarını ələ keçiriblər.Əldə edilən vəsaitlər müxtəlif bank hesabları və elektron pul kisələri vasitəsilə nağdlaşdırılıb. Şübhəlilər ilkin ifadələrində yüzlərlə vətəndaşın kart məlumatlarını oğurladıqlarını etiraf ediblər.Faktla bağlı cinayət işi başlanılıb. Cavid Ağayev barəsində həbs qətimkan tədbiri seçilib, Elşən Ağayevlə bağlı istintaq davam edir.
- Baxış: 54
