Bu günə xəbərlərin oxunma sayı: 666
— 01.05.2026 16:00

İncəsənət məktəblərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəblərində bu ildən ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçiriləcək.Yeni sistem şagirdlərin bilik və bacarıqlarının vahid meyarlar əsasında qiymətləndirilməsini təmin edəcək. İmtahanlarda 8 min 600-ə yaxın şagirdin iştirakı gözlənilir, nəzəri və praktiki biliklər yoxlanılacaq.