Bu günə xəbərlərin oxunma sayı: 666
— 29.04.2026 10:12

Avtoxuliqanlıq edən sürücü həbs edilib

Paytaxtın Yasamal rayonunda avtoxuliqanlıq hərəkətləri edərək ictimai asayişi nümayişkaranə şəkildə pozan və digər hərəkət iştirakçılarına ciddi təhlükə yaradan "BMW" markalı nəqliyyat vasitəsinin sürücüsü Orxan Kamilli saxlanılıb.O idarə etdiyi avtomobillə intizamsızlıq edərək yol hərəkəti qaydalarını kobud şəkildə pozub və etdiyi avtoxuliqanlıq hərəkətlərini "TikTok" sosial şəbəkəsində paylaşıb.Sürücü sürücülük hüququ 1 il müddətində məhdudlaşdırılmaqla 15 sutka inzibati qaydada həbs edilib.