Bu günə xəbərlərin oxunma sayı: 666
— 28.04.2026 16:35

İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyətini qəbul edib

Prezident İlham Əliyev Qəbələdə BƏƏ-nin Dövlət naziri Səid bin Mübarək Əl-Haciri ilə görüşüb. Görüşdə Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri arasında siyasi, iqtisadi, enerji və hərbi sahələrdə əməkdaşlığın inkişafı müzakirə olunub. Qonaq Prezident İlham Əliyevi “Sülh və Barışıq üçün Gernika mükafatı” münasibətilə təbrik edib.Söhbət zamanı Yaxın Şərqdəki vəziyyətə toxunulub, regiondakı bütün məsələlərin diplomatik yolla həll edilməsinin vacibliyi bildirilib.