Bu günə xəbərlərin oxunma sayı: 666
—
28.04.2026 13:56
Bu ildən şagirdlərin attestatları elektron formada təqdim olunacaq
Şagirdlərin 1-ci sinfə elektron qəbuluna mayın 1-dən başlanılacaq, valideynlərin məktəb seçimi isə mayın 6-dan həyata keçiriləcək.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bu gün keçirilən brifinqdə deyib ki, qəbul prosesi bir sıra bölgələrdə prioritetli qaydada aparılacaq və bu yanaşma daha şəffaf və ədalətli yerləşdirməni təmin edəcək. Eşqi Bağırov həmçinin bildirib ki, Müəllimlərin İşə Qəbulu imtahanlarının iyulun 1-8-də, sertifikatlaşdırmanın isə iyunun 17-25-də keçirilməsi planlaşdırılır. Bundan əlavə, bu ildən şagirdlərin attestatları elektron formada təqdim olunacaq və sənədlər onlayn qaydada istənilən vaxt əldə edilə biləcək.
- Baxış: 70
