Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
ABŞ Hörmüz boğazında dəniz hərəkətinə məhdudiyyətlər tətbiq edib, bu günə qədər 34 gəmi geri qayıdıb. ABŞ müharibə naziri Pit Heqset bildirib ki, blokada davam edəcək və lazım olduğu qədər qüvvədə qalacaq. Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın qərarı ilə təhlükə yaradan hərəkətlərə qarşı sərt tədbirlər görülür, Hərbi Dəniz Qüvvələri tam döyüş hazırlığındadır və boğazda nəzarət gücləndirilib.Heqset Avropanın təhlükəsizlik məsələlərində daha aktiv rol almasını vacib sayıb, xüsusilə Hörmüz boğazı böhranının Avropa üçün əhəmiyyətini vurğulayıb. O, Avropanı daha çox praktiki addımlar atmağa çağırıb və bəzi toplantıları nəticəsiz adlandırıb.ABŞ rəsmiləri həmçinin İranı regionda gərginliyi artırmaqda ittiham edir və Vaşinqtonun öz maraqlarını qorumaqda qətiyyətli olduğunu bildirirlər.
- Baxış: 57
