Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.04.2026 14:13

Paşinyan: "Ermənilər beynəlxalq səviyyədə tanınmış ərazidən kənarda vətən axtarmamalıdırlar"

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin gələcək siyasi xətti ilə bağlı açıqlama verib.Paşinyan bildirib ki, Ermənistan xalqı beynəlxalq səviyyədə tanınmış sərhədlərdən kənarda “vətən axtarmaq” ideyasından imtina etməlidir. Onun sözlərinə görə, ölkənin mövcud ərazisi inkişaf və rifah üçün kifayətdir və bu yanaşma “Əsl Ermənistan” ideologiyasının əsasını təşkil edir.Sülh və təhlükəsizlik yalnız qonşu dövlətlərlə sərhədlərin qarşılıqlı tanınması və suverenliyin qəbul edilməsi ilə mümkündür.O, həmçinin “itirilmiş torpaqların qaytarılması” ideyasını "təhlükəli" adlandıraraq bunun dövlətçiliyə risk yarada biləcəyini vurğulayıb. Ermənistanın bu istiqamətdən geri çəkilməsi ölkəni ciddi siyasi fəsadlarla üz-üzə qoya bilər.