Bu günə xəbərlərin oxunma sayı: 666
— 24.04.2026 11:54

Ermənistana Rusiya buğdası daşıyan yük qatarı yola düşüb

Bu gün Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya buğdası daşıyan 5 vaqondan ibarət yük qatarı "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından yola düşüb. Yük əvvəlcə Böyük Kəsik Dəmiryol Stansiyası vasitəsilə Gürcüstana, daha sonra isə Ermənistan istiqamətinə çatdırılacaq.İndiyədək Azərbaycan üzərindən tranzitlə Ermənistana 24 min tondan çox taxıl daşınıb.