Bu günə xəbərlərin oxunma sayı: 666
— 23.04.2026 14:00

Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev Azərbaycan Ağsaqqallar Şurasının IX Qurultayının iştirakçılarına müraciət ünvanlayıb.Dövlət başçısı müraciətində ağsaqqallıq institutunun Azərbaycan cəmiyyətində mühüm mənəvi dəyər olduğunu vurğulayıb. Qeyd olunub ki, ağsaqqallar nəsillərarası varisliyin qorunmasında, milli-mənəvi dəyərlərin saxlanılmasında və vətəndaş həmrəyliyinin gücləndirilməsində mühüm rol oynayırlar.Gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsində ağsaqqalların xüsusi xidməti var və bu amil Vətən müharibəsində qazanılan Zəfərdə də özünü göstərib.Müraciətdə Azərbaycan Ağsaqqallar Şurasının ölkənin ictimai-siyasi və humanitar həyatına töhfə verdiyi vurğulanıb, qurultayın fəaliyyətin daha da təkmilləşdirilməsinə xidmət edəcəyinə inam ifadə olunub.Sonda Prezident iştirakçılara uğurlar və möhkəm cansağlığı arzulayıb.