Bu günə xəbərlərin oxunma sayı: 666
—
21.04.2026 17:46
Aİ Azərbaycan-Ermənistan sülh prosesində müsbət dinamika görür
Ermənistan və Azərbaycan arasında sülh prosesi müsbət dinamika nümayiş etdirir və bu, Avropa İttifaqı ilə əməkdaşlıq üçün yeni imkanlar yaradır.Bu fikri Latviyanın xarici işlər nazirinin müavini Artems Urşulskis səsləndirib.Yaxın həftələrdə Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan və Ermənistana səfər edəcək.Urşulskisin sözlərinə görə, hazırda hər iki ölkə ilə iqtisadi əməkdaşlığın gücləndirilməsi və onların Avropaya yaxınlaşması üçün əlverişli imkan yaranıb. Avropa İttifaqının biznes və əməkdaşlıq imkanları həm Azərbaycan, həm də Ermənistan bazarlarında yeni perspektivlər aça bilər. Estoniyanın xarici işlər naziri Marqus Tsahkna da sülh prosesini müsbət qiymətləndirib və onun düzgün istiqamətdə davam etdiyini bildirib.
- Baxış: 47
