Bu günə xəbərlərin oxunma sayı: 666
— 21.04.2026 16:13

Aİ Cənubi Qafqazda əməkdaşlığı genişləndirir

Avropa İttifaqı Qara dəniz üzrə yeni strategiya çərçivəsində Azərbaycan, Ermənistan və Türkiyə ilə əməkdaşlığı genişləndirməyi planlaşdırır. Avropa komissarı Marta Kos bildirib ki, əsas hədəf ticarət və enerji marşrutlarının inkişafı, Avropa ilə Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsidir. O, qeyd edib ki, Aİ Cənubi Qafqazda qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi və regionda sabitliyin möhkəmləndirilməsi istiqamətində addımları davam etdirəcək.