Bu günə xəbərlərin oxunma sayı: 666
— 15.04.2026 14:15

Şuşa İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşa bilər

Şuşa şəhərinin İndoneziyanın şəhərlərindən biri ilə qardaşlaşması təklif olunur.Bunu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov İndoneziyanın Azərbaycandakı səfiri Berlian Helmini ilə görüşü zamanı səsləndirilib.Görüşdə Şuşada aparılan bərpa-quruculuq işləri, infrastrukturun yenilənməsi və əhalinin köçü barədə məlumat verilib. Qeyd olunub ki, şəhərin yenidən qurulması layihələri milli dəyərlərə və memarlıq ənənələrinə əsaslanır.İndoneziya səfiri isə bildirib ki, gələcəkdə ölkəsinin şəhərlərindən birinin Şuşa ilə qardaşlaşması iki ölkə arasında münasibətlərin inkişafına töhfə verə bilər.