Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.04.2026 17:55

Milli Məclisin sədri Türkiyədə işgüzar səfərdədir

Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın (PAİ-nin) 152-ci Assambleyasında və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 5-ci Konfransında iştirak etmək üçün Türkiyənin İstanbul şəhərində işgüzar səfərdədir. Səfər çərçivəsində Sahibə Qafarovanın tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.