Bu günə xəbərlərin oxunma sayı: 666
— 14.04.2026 10:15

ABŞ və İran danışıqların ikinci mərhələsini apara bilər

ABŞ və İran arasında danışıqların ikinci mərhələsi keçirilə bilər.Associated Press-in məlumatına görə, tərəflər atəşkəs başa çatmadan altı həftəlik müharibəyə son qoymaq üçün yeni şəxsi görüşlər planlaşdırır.Müzakirələr davam edir. Vasitəçi diplomata görə, Tehran və Vaşinqton bu mərhələyə prinsipcə razıdır.Danışıqların harada keçiriləcəyi hələ dəqiqləşməyib. Əsas variant kimi İslamabad, alternativ olaraq isə Cenevrə nəzərdən keçirilir.Görüşün cümə axşamı baş tuta biləcəyi ehtimal olunur.