Bu günə xəbərlərin oxunma sayı: 667
— 10.04.2026 10:17

İran nümayəndə heyəti ABŞ ilə danışıqlar aparmaq üçün Pakistana gəlib

İran nümayəndə heyəti ABŞ ilə mümkün danışıqlarda iştirak etmək üçün İslamabaddadır. Danışıqların aprelin 11-də keçirilməsi gözlənilir. ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vensin rəhbərlik edəcəyi bildirilir. ABŞ Prezidenti Donald Tramp İranı Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini kifayət qədər təmin etməməkdə ittiham edib.Xatırladaq ki, tərəflər arasında gərginlik son aylarda artıb. Aprelin 8-də isə İranla ABŞ və müttəfiqləri arasında iki həftəlik atəşkəs barədə razılıq əldə olunub.