Bu günə xəbərlərin oxunma sayı: 666
— 03.04.2026 16:24

İlham Əliyev ölkə ərazisinin İrana qarşı istifadə edilməyəcəyini dəfələrlə bəyan edib- Şeyxülislam

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunu qəbul edib.Şeyxülislam səfirlə görüşdə Prezident İlham Əliyevin Azərbaycan ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcəyi və bu prinsipial mövqenin dəyişməz olaraq qaldığı barədə dəfələrlə bəyanat verib.Səfir Müctəba Dəmirçilu ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülhlə və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə İlham Əliyevə təşəkkür edib.