Bu günə xəbərlərin oxunma sayı: 666
—
03.04.2026 14:08
Nizami Kino Mərkəzinin divarına qrafit çəkən şəxslər saxlanılıblar
Bakıda Nizami Kino Mərkəzi binasının fasadına qrafit çəkən 16 yaşlı iki, 20 və 17 yaşlı şəxslər saxlanılıb.Onların valideynləri ilə birlikdə Polis İdarəsində profilaktik iş aparılır. Binaya dəyən ziyanın məbləği və hüquqi məsuliyyət tədbirləri üzrə araşdırmalar davam edir.Aprelin 1-dən 2-nə keçən gecə ölkə əhəmiyyətli memarlıq abidəsi olan Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara edib, müxtəlif söz və ifadələr yazılaraq müdaxiləyə məruz qalıb.
- Baxış: 68
