Bu günə xəbərlərin oxunma sayı: 666
—
13.03.2026 17:52
Azərbaycan MN: Türkiyə ərazisinə növbəti raket buraxılışı regional sabitliyə təhlükədir
Qardaş Türkiyənin ərazisinə qarşı növbəti raket buraxılışını qətiyyətlə pisləyirik.Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda qeyd edilib.Məlumatda deyilib ki, bu, suverenliyin və ərazi bütövlüyünün kobud şəkildə pozulmasıdır:"Bu kimi hərəkətlər qəbuledilməz eskalasiyadır və regional sabitliyə birbaşa təhlükədir.Qardaş Türkiyə ilə həmrəyliyimizi bir daha bəyan edirik". Qeyd edək ki, İrandan Türkiyə istiqamətində 3-cü dəfə buraxılan raket NATO Hava Hücumundan Müdafiə sistemləri tərəfindən məhv edilib.
- Baxış: 60
