Bu günə xəbərlərin oxunma sayı: 666
—
11.03.2026 17:47
Prezident diplomatik xidmətə qəbulla bağlı Fərman imzalayıb
Prezident İlham Əliyev diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi və namizədlərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydalarını təsdiqləyib.Yeni qaydalara görə, diplomatik xidmətə qəbul müsabiqə yolu ilə həyata keçiriləcək. Müsabiqə iki mərhələdən – yazılı imtahan və müsahibədən ibarət olacaq.Yazılı imtahan Dövlət İmtahan Mərkəzi tərəfindən, müsahibə mərhələsi isə Xarici İşlər Nazirliyi tərəfindən keçiriləcək.Yazılı imtahan ödənişli əsaslarla Bakı şəhərində təşkil olunacaq.
- Baxış: 67
