Bu günə xəbərlərin oxunma sayı: 666
— 11.03.2026 10:31

İsrailin atəşə tutulması nəticəsində azərbaycanlı həlak olub

İsrail ərazisinə 9 mart tarixində həyata keçirilmiş raket hücumu nəticəsində həlak olmuş Murtuzov Amid Əligüllah oğlu Azərbaycan və İsrail vətəndaşıdır.Bu barədə Azərbaycanın İsraildəki səfirliyi məlumat yayıb.Hadisə Yehud şəhəri ərazisində, tikinti sahəsində baş verib. A.Murtuzov İsrailin Petax Tikva şəhər sakini idi.O ailəsi ilə birgə illər əvvəl İsrailə miqrasiya edib və uzun müddətdir ki, İsraildə yaşayırdı.İsrail Ordusu məlumat verir ki, hazırda İran İsrail ərazisinə raket zərbələri endirir.Hava hücumundan müdafiə sistemlərinin işə düşdüyü qeyd olunub.İctimaiyyətdən məsuliyyətli davranmaları və verilən təlimatlara əməl etmələri xahiş olunub.