Bu günə xəbərlərin oxunma sayı: 666
— 05.03.2026 16:31

Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb

Martın 5-də İran ərazisindən Naxçıvanın mülki obyektlərinə 2 PUA ilə hücum edilib. Hücum nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanının inzibati binasına və Babək rayonundakı təhsil müəssisəsinə ziyan dəyib.Hadisə zamanı dörd mülki şəxs xəsarət alıb.Vəliyeva Reyhanə Sabir qızı,Zülfüqarlı Zülfüqar Məmməd oğlu, Əsgərov Mehdi Mətləb oğlu Cəfərov Əsəd Vidadi oğlu.Zərərçəkənlərə tibbi yardım göstərilib və müalicələri davam etdirilir.Baş Prokurorluq tərəfindən Naxçıvanda mülki infrastruktura dron hücumu ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, istintaq tədbirləri aparılır. PUA-ların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar davam edir.Baş Prokurorluq bildirir ki, mülki əhalinin və strateji obyektlərin hədəf alınması beynəlxalq hüququn pozulmasıdır.