İran Naxçıvan aeroportuna dron hücumu edib
Bu gün günorta radələrində İran Naxçıvan aeroportuna dron hücumu edib. İran ərazisindən uçan dron aeroportun binasına, digəri isə Naxçıvanın Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlaması nəticəsində iki nəfər mülki şəxs xəsarət alıb.Dron hücumu ilə əlaqədar hava limanına yaxın ərazidə yerləşən məktəblərdə tədris dayandırılıb, müəllimlər və şagirdlər təxliyə edilib.İran ərazisindən dronla hücum edilməsi molla rejiminin əsl mahiyyətini bir daha ortaya qoydu. Azərbaycan qonşuluq münasibətlərinə, göstərdiyi ehtiram və başsağlığına baxmayaraq, Tehran hücumla qarşılıq verdi. Bu, təkcə beynəlxalq hüququn pozulması deyil, həm də Cənubi Azərbaycanlılara qarşı uzun illərdir davam edən təzyiq və haqsızlığın simvoludur. Molla rejimi azərbaycanlı soydaşlarımızı hüquqlarından məhrum edib, fəalları təqib və cəzalandırıb, xalqımıza qarşı nankor və düşmən mövqe göstərib. İndi isə vaxtıdır ki, Cənubi Azərbaycandakı soydaşlarımıza qarşı törədilmiş cinayətlər dünyaya çatdırılsın, bu rejimin əsl siması göstərilsin və tarixin arxivinə göndərilsin. Azərbaycanlılar ayağa qalxmalı və molla rejiminə layiq olduğu cavabı verməlidir.
- Baxış: 103
