Bu günə xəbərlərin oxunma sayı: 666
—
20.02.2026 10:21
Prezident İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edib
Fevralın 19-da Vaşinqtonda Sülh Şurasının ilk iclası keçirilib.İclasda əsas diqqət İlham Əliyevin iştirakına yönəlib. Azərbaycan Prezidenti toplantıya Donald Trampın dəvəti ilə qatılıb.Tədbirdə çıxış edən Donald Tramp regionda sülhün əldə olunmasında Prezident İlham Əliyevin rolunu xüsusi qeyd edib. O bildirib ki, uzun illər davam edən qarşıdurmadan sonra məhz qətiyyətli liderlik sayəsində sülh mümkün olub.Donald Tramp İlham Əliyevin iradəli mövqeyini və siyasi təcrübəsini vurğulayaraq, bu prosesin tarixə düşəcək bir addım olduğunu deyib.İclasın sonunda Sülh Şurasının maliyyə intizamı və şəffaflıq prinsiplərini əhatə edən qətnamə imzalanıb.
- Baxış: 46
