Bu günə xəbərlərin oxunma sayı: 666
— 16.02.2026 17:41

Allahşükür Paşazadə: Tarixi ərazilərimizdə dini-mənəvi müstəvidə ədalətin bərpası əsas məsələlərdəndir

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Qərbi Azərbaycan İcması ilə birgə keçirilən tədbirdə deyib ki, Azərbaycanın tarixi ərazilərində dini-mənəvi müstəvidə ədalətin bərpası əsas məsələlərdəndir.Əsas vəzifə Azərbaycanın qələbəsinin davamlılığını təmin etmək üçün birgə fəaliyyət göstərməkdir. Dövlətin ərazi bütövlüyü və suverenliyi bərpa olunduqdan sonra tarixi torpaqlarda mədəni-mənəvi suverenliyin təmini xüsusi əhəmiyyət daşıyır. Qarabağ, Zəngəzur və Qərbi Azərbaycan torpaqlarına qayıdış mühüm məsələdir və bu prosesdə din xadimlərinin də üzərinə məsuliyyət düşür.