Bu günə xəbərlərin oxunma sayı: 666
—
10.02.2026 13:39
"Pensiyalara daxil edilən maddi yardımlar da indeksləşdirilir"- nazir müavini
Pensiyaların indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsaslanır. Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib ki, artım tempi 9,3 faizdir. 500 manat pensiya 546, 1000 manat pensiya isə 1093 manat olacaq. Bu hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına və dövlət qulluqçularına da şamil edilir.2023-cü ildən pensiyalara daxil edilən maddi yardımlar da indeksləşdirilir. Son 5 ildə pensiyalarda təxminən 70 faiz artım olub. Bu il artım 85 faiz təşkil edir," - o əlavə edib. Qeyd edək ki, pensiyaların indeksləşdirilməsi Prezident İlham Əliyevin yeni sərəncamı ilə həyata keçirilir.
- Baxış: 58
