Bu günə xəbərlərin oxunma sayı: 666
— 10.02.2026 13:26

AQTA-nın “Sağlam məktəbli” layihəsi Ağalıda

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi “Sağlam məktəbli” layihəsi çərçivəsində Zəngilan rayonunun Ağalı kənd tam orta məktəbində maarifləndirmə tədbiri keçirib. Şagirdlərə qida təhlükəsizliyi, sağlam qidalanmanın böyümə və zehni inkişafdakı rolu barədə məlumat verilib, suallar cavablandırılıb və maarifləndirici bukletlər paylanıb.