Bu günə xəbərlərin oxunma sayı: 666
— 09.02.2026 15:38

Ötən həftə 670 hektara yaxın ərazi minalardan təmizlənib

Azad olunan ərazilərdə fevralın 2–8-də aparılan minatəmizləmə əməliyyatları zamanı 8 tank əleyhinə mina, 97 piyada əleyhinə mina və 223 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. 669 hektardan çox ərazi minalardan təmizlənib.Əməliyyatlar ANAMA, Müdafiə və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidməti və özəl şirkətlər tərəfindən Qarabağ və Şərqi Zəngəzurda, həmçinin Qazaxın azad edilən kəndlərində həyata keçirilib.