Bu günə xəbərlərin oxunma sayı: 666
— 22.01.2026 17:28

Bakıda və Sumqayıtda silsilə oğurluqlar edənlər saxlanılıblar

Bakının Sabunçu rayonunda evlərdən qızıl-zinət əşyaları və mobil telefonlar oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Faiq Bağırov saxlanılıb. Sumqayıt şəhərində avtomobillərdən maqnitofon və səs gücləndiriciləri oğurlamaqda şübhəli bilinən Əli Babaşov tutulub.Xırdalanda “Hyundai” markalı avtomobildən bank kartı oğurlayan və daha sonra kartdakı pul vəsaitini çıxaran Səbuhi Mirzəyev də polis əməkdaşları tərəfindən saxlanılıb. Binəqədi və Qaradağ rayonlarında məişət əşyaları, inşaat materialları və marketlərdən oğurluq etməkdə şübhəli bilinən Aydın İsmayılov və Murad Əzizov tutulublar.Faktlarla bağlı araşdırmalar aparılır.