Bu günə xəbərlərin oxunma sayı: 666
—
18.11.2025 16:19
Zəngilanda Əlaqələndirmə Qərargahının 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib
Prezident Administrasiyasının və işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş həlli üzrə Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan şəhərində qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclas keçirilib. Samir Nuriyev bildirib ki, “Böyük Qayıdış” Proqramı uğurla icra olunur və Qarabağ–Şərqi Zəngəzur üzrə yenidənqurma modeli beynəlxalq təcrübə üçün nümunə hesab edilir. İclasda Dövlət Proqramının icrası çərçivəsində yaşayış məntəqələrində görülən işlərlə bağlı təqdimatlar edilib. Qərargah üzvlərinin bölgəyə səfəri davam edir.
- Baxış: 17
