Bu günə xəbərlərin oxunma sayı: 666
— 18.11.2025 16:18

Beynəlxalq axtarışda olan azərbaycanlı Polşada tutulub

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Elmixan Allahyar oğlu Kərimov Gəncə Şəhər Baş Polis İdarəsində dələduzluq işi üzrə təqsirləndirilən şəxs qismində barəsində qərar qəbul edilib axtarışa verildikdən sonra Polşada saxlanılıb.  Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən həmin şəxsin Azərbaycana gətirilməsi üçün tədbirlər görülür.