Bu günə xəbərlərin oxunma sayı: 666
—
31.10.2025 13:44
Bakıda narkotik və dələduzluq faktları üzrə iki nəfər saxlanılıb
Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin keçirdiyi əməliyyatla 36 yaşlı əvvəllər insan alveri cinayətlərində təqsirli bilinərək məhkum olunmuş Fəxrəddin Xurşidovdan 27 kq tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxsin ölkə ərazisində narkotiklərin satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.
Bakının Suraxanı rayonunda 27 yaşlı S. Hüseynov iki nəfəri maşın satacağı vədi ilə aldadaraq 12 min 300 manat ələ keçirib və dələduzluqda saxlanılıb.
Hər iki faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.
- Baxış: 181
