Bu günə xəbərlərin oxunma sayı: 666
— 30.10.2025 11:50

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 medal qazanıb

Ağırlıqqaldırma üzrə Azərbaycan yığmasının üzvü Tehran Məmmədov Albaniyanın Dürres şəhərində keçirilən Avropa birinciliyində 3 gümüş medal qazanıb. 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı birdənqaldırma hərəkətində 133 kq çəkini ram etməyi bacarıb. Təkanlaqaldırma hərəkətində 155 kq ağırlığı başı üzərinə qaldıran Məmmədov toplamda 288 kq nəticə göstərib. İki hərəkətin uğurlu icrasına görə 2 gümüş mükafat qazanan Tehran Məmmədov toplamda da fəxri kürsünün ikinci pilləsinə yüksəlib.