Bu günə xəbərlərin oxunma sayı: 666
— 20.10.2025 13:45

Azərbaycanda statistika sahəsində çalışan işçilər təltif olunub

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanda statistika sahəsində çalışan işçilər təltif edilib. Sərəncama əsasən, ölkədə statistika işinin təşkilində səmərəli fəaliyyətlərinə görə bir nəfər 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, bir nəfər “Tərəqqi” medalı ilə, səkkiz nəfər isə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunublar.