Bu günə xəbərlərin oxunma sayı: 666
—
15.10.2025 15:39
İrandan Azərbaycana 26 kiloqram narkotik keçirmək cəhdi qarşısı alındı

İrandan Azərbaycana 26 kiloqram narkotikin keçirilməsinin qarşısı alınıb. Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Sərhəd Xidməti tərəfindən Beyləqan rayonu istiqamətində keçirilən birgə əməliyyat zamanı 1989-cu il təvəllüdlü Asif Hüseynov saxlanılıb. Gizli saxlanc yerindən 26 kiloqrama yaxın marixuana və 2520 ədəd “Metadon M40” həb aşkar edilərək götürülüb. Hazırda istintaq və əməliyyat tədbirləri davam etdirilir.
- Baxış: 40