• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 07.10.2025 10:02

Şəmkirdə qətl, Şirvanda ağır bıçaqlanma — ailə münaqişələri faciə ilə nəticələndi

Şəmkir rayonunun Şiştəpə kəndində 54 yaşlı Arif Hacıyev ailə münaqişəsi zəminində 40 yaşlı həyat yoldaşı Röyalə Hacıyevanın boğazını kəsərək qətlə yetirib. Hadisədən sonra Arif Hacıyev özünə xəsarət yetirib və polis tərəfindən saxlanılıb. Cütlüyün 3 övladı var.
Şirvanda isə ağır bıçaqlanma hadisəsi baş verib.  Tural Qanbayev keşmiş həyat yoldaşı Lamiyə Qanbayevaya şəxsi münasibətlər zəmnində 11 bıçaq zərbəsi vurub. Xəsarət alan qadın xəstəxanada əməliyyat olunsa da vəziyyəti ağır olaraq qalır. Daxili İşlər Nazirliyi cinayəti törətməkdə şübhəli bilinən 39 yaşlı şəxsin tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyünü açıqlayıb. Qeyd edək ki, zərərçəkən, Şirvan Rayon Mərkəzi Xəstəxanasının ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisidir.Faktlarla bağlı araşdırmalar aparılır.