• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 666
— 25.09.2025 17:35

Polisin keçirdiyi əməliyyatlarda 14 nəfər saxlanılıb

Abşeron polisi son əməliyyatlar nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 9 fakt aşkarlayıb, axtarışda olan 14 nəfəri saxlayıb və “isti izlərlə” 29 cinayətin üstünü açıb. Qanunsuz küçə ticarəti, avaralıq və xırda xuliqanlıqla bağlı ümumilikdə 141 fakt qeydə alınıb. Vətəndaşlar könüllü şəkildə odlu silah-sursat təhvil veriblər. Spirtli içki və narkotik təsiri altında avtomobil idarə edən, qaydaları pozan sürücülərə isə inzibati tədbirlər görülüb.