Hadisələr 1980-ci illərdə Moskvada cərəyan edir. Fransız model agentliyinin skautu İzmaylov bazarında hər parametrlərə görə onlara uyğun olan Anna adlı qızı tapır. Potensial model bir neçə dil bilsə də, bazarda matryoşka satır. Annanı şirnikləndirdikdən sonra onu Parisə aparırlar və o model kimi fəaliyyət göstərməyə başlayır. Əslinə qalanda onun həqiqi işi fotokameralar önündə poz vermək və ya defilelərdə iştirak etmək deyil. Anna “KQB”yə xidmət edir və Moskvanın əmri ilə konkret adamları aradan götürür...
Rejissor: Lük Besson
Baş rollarda: Lük Evans, Saşa Luss
Digər rollarda: Helen Mirren, Aleksandr Petrov, Killian Mörfi
- Baxış: 100