Filmdə hadisələr 1930-cu illərdə Yaponiyada cərəyan edir. Arvadını itirmiş yoxsul yapon ailə başçısı, qızlarını dolandıra bilmədiyi üçün onları satır. Böyük bacı fahişəliyə cəlb olunur və fürsət tapan kimi şəhərdən qaçır. Kiçik bacı Çio isə qulluqçu kimi Geyşa evinin sərəncamına verilir və bacısından fərqli olaraq qaça bilmir. Bir neçə il ərzində geyşalara itaətkar şəkildə xidmət göstərir, onların hər kaprizlərinə dözür. İki şəxs onun həyatını tamamilə dəyişir: Çionu küçədə görərək, onunla xoş davranan və dondurma hədiyyə edən “Sədr” və Mamexa adlı nüfuzlu geyşa. “Sədr” Çioda geyşa olmaq arzusu oyadır, Mamexa isə bu arzunu gerçəkləşdirmək imkanı yaradır. Mamexa onu öz himayəsinə götürərək, ona “Sayuri” adını verir və ona geyşalıq sənəti üzrə təlimatlar verməyə başlayır. İkinci dünya müharibəsi dövründə ən hörmətli və nüfuzlu geyşanın belə həyatı həddindən artıq ağır olurdu. Xüsusilə amerikalı hərbçilərin Yaponiyaya doluşduğu bir vaxtda. Bütün əziyyətlərə səbat göstərən Sayuri, heç nəyə baxmayaraq, həyatda öz xoşbəxtliyini tapır.
Çəkiliş Qrupu
Rejissor(lar):Rob Marşall
Ssenarist(lər):Robin Svaykord, Artur Qolden
Baş Rollarda:Ken Vatanabe, Çjan Zıyi
Digər Rollarda: Keri-Hiroyuki Taqava, Mişel Yeo, Qun Li
- Baxış: 117