• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 01.09.2024 09:14

Milli Məclisə reallaşan seçkilər

KepezTV Player

Azərbaycanda müstəqillik dönəminin ilk parlement seçkiləri 1995-ci ilə təsadüf edir. Majoritar və proporsional seçki sistemləri üzrə keçirilən səsvermədə seçki bülletenlərinə 99 seçki dairəsi üzrə deputatlığa 378 namizədin adı daxil edilmişdir. Noyabrın 12-də Milli Məclisə baş tutan seçkilərdə 124 deputat seçilmişdi. Seçici fəallığı 61% olmuşdur.
II çağırış Milli Məclisə seçkilər 2000-ci il noyabrın 5-də keçirilib. 390 nəfərin mübarizəsinin sonunda seçilmiş deputatların 61-nin namizədliyi siyasi partiyalar, 52-si özləri və 11-i seçicilərin təşəbbüs qrupları tərəfindən irəli sürülmüşdü. Səsvermədə seçici siyahılarında olan seçicilərin 68,93%-i iştirak etmişdi.
2005-ci il noyabrın 6-da baş tutan sayca 3-cü parlament seçkiləri 1541 nəfərin mübarizəsi şəraitində olub. Milli Məclisə seçilmiş 124 nəfərin 9-u seçicilərin təşəbbüs qrupları, 50 — si ölkədə fəaliyyət göstərən siyasi partiyalar, 6-sı siyasi partiyaların blokları və 59-u özləri tərəfindən deputatlığa namizəd irəli sürülmüşdü.
Milli Məclisinin IV çağırışı üçün keçirilmiş parlament seçkiləri 7 noyabr 2010-cu ildə 33 siyasi partiya və 5 seçki blokunun iştirakı ilə baç tutub. Seçkilər 125 tək mandatlı seçki dairə üzrə keçirilmişdir. 690 namizəd mandat qazanmaq üçün mübarizə aparıb.
V çağırış seçkilərdə seçicilərin 55,7%-i iştirak edib. Yeni Azərbaycan Partiyası 72 dairədə daha çox səs toplayaraq qalib gəlmişdir. 41 dairədə bitərəf namizədlər, 12 seçki dairəsində isə digər partiya nümayəndələri qalib olmuşdur. 1 noyabr 2015-ci ildə keçirilmiş parlament seçkiləri 767 namizədin mübarizəsi şəraitində reallaşıb. Seçici fəallığı 55,7 faiz olub.
Azərbaycanda VI çağırış deputat seçkiləri 9 fevral 2020-ci ildə baş tutub. Bu seçkilər Azərbaycanın müstəqillik tarixindəki ilk növbədənkənar parlament seçkiləri olmuşdur. 1325 namiəddən 360-ı 19 siyasi partiyanı təmsil edib.
Bu gün reallaşan VII çağırış Milli Məclisə seçkilər də növbədənkənardır. Majoritar seçki sistemi ilə keçirilən seçkilərdə 125 deputatının seçilməsi nəzərdə tutulub. Parlament seçkiləri ilə bağlı çap olunan bülletenlərdə 991 namizədin adı qeyd edilib.