KepezTV Player
Azərbaycan ilə Moldova arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. Bunu Prezident İlham Əliyev Moldovanın müstəqillik günü münasibətilə Moldova Prezidenti Maya Sanduya ünvanladığı təbrik məktubunda qeyd edib. Bildirib ki, iki ölkə arasında əməkdaşlığın inkişafı və yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar var. Dövlət başçısı mövcud imkanlardan yararlanaraq Azərbaycan-Moldova ənənəvi dostluq və tərəfdaşlıq münasibətlərinin həm ikitərəfli, həm də çoxtərəfli əsasda bundan sonra da inkişaf etdiriləcəyinə və genişləndiriləcəyinə inamını ifadə edib.
- Baxış: 264