• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 947
— 20.08.2024 19:41

Səhiyyə Nazirliyi əhalini infeksion xəstəliklərdən qorunmağa çağırıb

KepezTV Player

Ənənəvi olaraq, kəskin respirator virus infeksiyaları əsasən soyuq aylarda baş verir. Ancaq isti aylarda da paraqrip və adenovirus infeksiyaları kimi müxtəlif viruslar mühitdə dövr etməyə davam edir. Bu infeksiyalar, bəzən əhali arasında artım göstərə bilər, çünki isti havalar insanların daha çox açıq havada olmalarına və beləliklə də, virusların daha sürətlə yayılmasına səbəb olur.

Ruxsarə Zeynalova - şəhər sakini : Mənim nəvəm bura gələndə qarın ağrısı, qusma, qızdırma ilə gəldi. qızdırma 39- 40 idi evdə. Gələndən sonra həkim müalicələrimizi yazdı. nə lazımdı olundu. bağırsaqda infeksiya diaqnozu qoydular. indi şükür yaxşıdır, yəqin ki sabah evə gedərik.

Mütəxəsislər deyir ki,  həddən artıq isti havanın immunitetə mənfi təsir göstərməsi, yuxarı tənəffüs yollarının quruması nəticəsində bədənin infeksiyalara olan müqaviməti azalır. Bundan başqa kondisionerlərdən istifadə və açıq hava ilə müqayisədə kəskin temperatur fərqinin olması da bu xəstəliklərin yayılmasının əsas səbəblərindəndir.

Nurəngiz Məmmədova - həkim : Mövsümü xəstəliklərin kəskin artışını insanlar görürlər. və bizə müraciətlərin sayından da biz bunu deyə bilərik. Bu təbiidir. Çünki hava isti olan zaman ölkəmizdə bəzi virusların çoxalması, onun yoluxması üçün şərait olur. Bunlardan paraqrip və adenovirus infeksiyaları daha çox özünü göstərirdi. Bu hərarətin yüksəlməsi, başda, boğazda ağrı. qarında sancılar bəzən çox olur. ən çox isə xəstələr yüksək qızdırma və boğaz ağrısından şikayət edirlər.

Bu tip infeksiyaların simptomları geniş spektri əhatə edir:, ümumi zəiflik, yuxarı tənəffüs yollarında ağrı, öskürək, burun axması, bəzən isə qarın ağrıları və qusma. Simptomlar infeksiyanın növündən asılı olaraq dəyişə bilər.

Şirxan Vəliyev - həkim : Bu dövrlərdə insanların diqqət etməli olduğu 3 şey var. 1ci xəstə insanlardan aktiv xəstələrdən uzaq durmaq və ya maska vasitəsilə onlarla kantakta olmaq. 2ci qidalanmasına fikir verməli və düzgün qidalanmalıdırlar. 3cü isə bəzən isti havalarda havaların soyuması baş verir. Bu zaman biz geydiyimiz paltara diqqət etməliyik. baxmayaraq yay ayıdır , əgər havann temperaturu aşağı düşürsə biz daha isti paltarlardan istifadə etməliyik. soyuğun təsirindən imunitetimiz zəifləməsin və bu viruslar baş qaldırmasın deyə.

Gigiyena qaydalarına riayət etmək, müntəzəm olaraq ətraf mühiti təmiz saxlamaq və sağlam həyat tərzini qorumaq, bu infeksiyaların yayılmasının qarşısını almaqda əhəmiyyətlidir. Həmçinin, simptomlar müşahidə edildikdə vaxtında tibbi müayinə olunması tövsiyə edilir.