• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 947
— 19.08.2024 20:16

Rusiya Prezidenti Azərbaycanda dövlət səfərində olub

KepezTV Player

Rusiya Prezidenti Vladimir Putin Azərbaycanda dövlət səfərinə gəlib. Dünən Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva evlərində Vladimir Putinlə şam ediblər.Bu gün isə Rusiya Prezidenti Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub.Görkəmli oftalmoloq-alim, Zərifə Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.Vladimir Putin Şəhidlər xiyabanını ziyarət edib. Şəhidlərin xatirəsini anaraq “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.Vladimir Putinin rəsmi qarşılanma mərasimi keçirilib. Azərbaycan Prezidenti həmkarını qarşılayıb."Biz ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin səviyyəsindən çox məmnunuq".Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Vladimir Putinlə məhdud tərkibdə keçirilən görüşdə söyləyib.

İlham Əliyev - Azərbaycan Prezidenti : 2022-ci ilin fevralında imzaladığımız müttəfiqlik qarşılıqlı fəaliyyət haqqında Bəyannamə uğurla yerinə yetirilir, həm siyasi, həm də iqtisadi sahədə çox müsbət dinamika, yaxşı rəqəmlər görürük. Əlbəttə, həm energetika, həm nəqliyyat sahələrində əməkdaşlıq edirik, humanitar əlaqələrə, həmçinin bir çox digər sahələrə xüsusi diqqət yetiririk.

Vladimir Putin - Rusiya Prezidenti : Əgər biz Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanmasına nail olmaq üçün nəsə edə biləriksə, vəziyyəti delimitasiya, sərhədlərin demarkasiyasına gətirib çıxararıqsa, Sizinlə dəfələrlə qeyd etdiyimiz kimi, müvafiq logistika istiqamətlərinin və ya iqtisadiyyatın qarşısında maneələri aradan qaldırarıqsa, buna çox şad olardıq. Əlbəttə, Azərbaycana səfərdən sonra baş nazir Paşinyanla əlaqə saxlayacağam və ona danışıqlarımızın nəticələrindən bəhs edəcəyəm.Bilirəm ki, Azərbaycan tam nizamlanma ilə bağlı bütün prosedurların başa çatmasına istiqamətlənib, bu, mənə yaxşı məlumdur. Bu barədə danışacağıq.

Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putin ilə geniş tərkibdə görüşü olub. Dövlətimizin başçısı dost, qonşu və müttəfiq olan ölkələrimiz arasında münasibətlərin inkişafında bütün istiqamətlər üzrə müsbət dinamika gördüklərini bildirib. Qarşılıqlı fəaliyyətin əhatə dairəsinin ildən-ilə genişləndiyini qeyd edib.Azərbaycan ilə Rusiya arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mübadiləsi mərasimi keçirilib. Müxtəlif sahələri əhatə edən 6 sənəd mübadilə edilib.

"Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır". Bunu fikri isə Azərbaycan Prezidenti rusiyalı həmkarı ilə mətbuata bəyanatında səsləndirib. Dövlətimizin başçısı bildirib ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Prezident vurğulayıb ki, “Şimal-Cənub” layihəsi Bakı və Moskvanın dövlətlərarası münasibətlərində müstəsna əhəmiyyətə malikdir.

Vladimir Putin isə mətbuata bəyanatında Cənubi Qafqazda sabitliyin bütün dövlətlərin və region xalqlarının köklü maraqlarına tam cavab verdiyini söyləyib.Putin Azərbaycan Prezidentini MDB Dövlət Başçıları Şurasının iclasına dəvət edib.

Hər iki ölkənin dövlət başçısı daha sonra “Bakı Ağ Şəhər”də və Müqəddəs Mürdaşıyan Zənənlər Kafedralında olublar.“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Rusiya Prezidenti Vladimir Putinin şərəfinə dövlət ziyafəti verilib.Vladimir Putinin Azərbaycana dövlət səfəri başa çatıb.