İdmanın inkişafını şərtləndirən əsas amillərdən biri də lazımi infrastrukturun, maddi-texniki bazanın olmasıdır. Son illər Gəncədə müvafiq şəraitə malik yeni idman zallarının istifadəyə verilməsi bu amala xidmət edir. Fəaliyyətə başlayan yeni kikboksinq zalı da bu idman növü ilə məşğul olan müxtəlif nəsilin nümayəndələrinin məşq şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Zalın açılış mərasimində şəhərin idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Bildirilib ki, yeni zal yerləşdiyi ərazidə kikboksinqin daha da populyarlaşmasına, uşaq, yeniyetmə və gənclərin aktiv şəkildə idmanla məşğul olmasına yol açacaq. Bu cür təşəbbüslərin həyata keçirilməsi gənclərin pis vərdişlərdən uzaq durmasına xidmət edir. Yeni zal, idmançıların rahat və effektiv məşq edə bilmələri üçün müasir avadanlıqlarla təchiz olunub. Zalda 40-50 idmançının eyni vaxtda məşq etməsi mümkündür.
Elnur Salamov- məşqçi: “Bu gün 2 saylı Uşaq Gənclər Evi və Samux Kikboksinq Klubunun 3-cü zalı, yəni bizim zalımız açılır və burda bizim oğlan və qızlarımız məşqlərə başlayacaq. Məqsədimiz odur ki, idmançılarımızı, yəni yeniyetmə gənclərimizi yetişdirək. Vətənimizə, dövlətimizə layiqli idmançı olsunlar və burdan çıxan idmançılar hər zaman vətənimizi, dövlətimizi layiqincə təmsil etsinlər”.
İlqar Alıyev- Əməkdar məşqçi: “Belə zalların açılışı, əlbəttə, bizim işimizə təkan verir. Uşaqları pis vərdişlərdən çəkindirir, belə idman zallarına cəlb edir. Uğurları bol olsun, dünya, Avropa çempionları yetişdirsin, inşallah”.
- Baxış: 1398