• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 827
— 08.08.2024 19:40

8 kəndin elektrik şəbəkəsi yenidən qurulub

KepezTV Player

Tovuz rayonunun Papaqçılar, Ağdam, Qaradaş, Ağbaşlılar, Mürkülü, Səfərli, Qandallar, Əyyublu kəndlərində elektrik şəbəkəsinin yenidənqurma işləri başa çatdırılıb. "Azərişıq"dan verilən məlumata görə, 3 minə yaxın abonentin yaşadığı Əyyublu kəndinin ərazisində 29 yeni transformator məntəqəsi, eləcə də müasir sayğaclar quraşdırılıb. Aşağı Quşçu, Ağbulaq və Göyəbaxan kəndlərində, eyni zamanda “Qovlar” və “Tovuz” yarımstansiyalarında yenidənqurma işləri davam edir. Kəndlərdə istismar müddətini başa vurmuş dayaqlar və elektrik veriliş xətləri, eləcə də transformator məntəqələri tam yenidən qurulur. Yaxın gələcəkdə daha 7 kəndin elektrik şəbəkəsinin yenilənməsi işlərinə başlanılacaq.