• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1013
— 07.08.2024 19:48

Prezident bir sıra sənədlər imzalayıb

KepezTV Player

Tofiq Hüseyn oğlu İbrahimov Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Azərbaycanda Məhkəmə Ekspertizası Şurası yaradılıb. Dövlət başçısını imzaladığı sərəncamda məhkəmə ekspertizası sahəsində dövlət idarəetməsinin və tənzimləməsinin təkmilləşdirilməsi, məhkəmə ekspertizası fəaliyyətinin beynəlxalq standartlara uyğunluğunun təmin edilməsi, habelə müvafiq sahədə vahid standartların hazırlanması və onların tətbiqinin təşviqi, kadr potensialının gücləndirilməsi məqsədilə məşvərətçi əsaslarla fəaliyyət göstərən Məhkəmə Ekspertizası Şurasının yaradılması qeyd olunub. Şuranın sədri ədliyyə naziri təyin olunub.

Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.Prezident İlham Əliyev bununla bağlı sərəncam verib.