KepezTV Player
Gəncədə qanunsuz tikintilərə qarşı aparılan monitorinqlər davam etdirilir. Monitorinqlər Gəncə Şəhər İcra Hakimiyyəti yanında Şəhərdə tikinti norma və qaydalarına riayət olunmadan aparılan tikintilərin müəyyən edilməsi məqsədilə yaradılan komissiya üzvlərinin, FHN-nin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Qərb Regional Mərkəzinin, Əmlak Məsələlər Dövlət Xidmətinin Gəncə Ərazi Şöbəsinin və hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə aparılır. Həyata keçirilən növbəti monitorinqlər zamanı, şəhərin M.C.Paşayev küçəsində yerləşən qeyri-yaşayış obyektinin önündə quraşdırılan talvar qeyri-qanuni olduğu üçün sökülüb.
- Baxış: 329