• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1468
— 06.08.2024 19:22

Beynəlxalq təlim-məşq toplanışı davam edir

KepezTV Player

Avqust ayının 5-dən start götürən təlim-məşq toplanışında Amerika Birləşmiş Ştatları, Rusiya, Qazaxıstan və ev sahibi Azərbaycan komandalarının üzvləri  iştirak edir. Ümumilikdə 4 ölkənin 300-dən artıq güləşçisi toplanışa cəlb edilib. Pəhləvanlar müxtəlif yaş kateqoriyasındandır.

Abil İbrahimov- Əməkdar məşqçi: Çox  sevindirici haldır ki, Azərbaycanda belə bir tədbir keçirilir. hv etmirəmsə ilk belə bir böyük tədbirdir. O formatda ki,lim-şq toplanışı bir də yoldaşlıq görüşü keçiriləcək. Bildiyiniz kimi, yoldaşlıq görüşündə 4 komanda iştirak edəcək. Bunlardan Dağıstan komandası, Amerika komandası, Qazaxıstan komandası və yerli Azərbaycan komandası var. Təlim-məşq toplanışındakı iştirakçıların içində Avropa, dünya çempionları və mükafatçıları iştirak edirlər”.

Beynəlxalq təlim-məşq toplanışı həm komandalar arasında təcrübə mübadiləsi, həm də qarşıdan gələn yarışlara hazırlıq xarakterlidir.

Arkail Griffin- ABŞ-dən olan güləşçi: Burda olduğum üçün xoşbəxt və eyni zamanda şanslıyam. Təlim-məşq toplanışı bizə qarşıdakı yarışlara hazırlaşmaq baxımından böyük əhəmiyyət daşıyır. Müxtəlif ölkələrdən olan idmançılarla birgə hazırlaşırıq. Gəldiyim gündən bəri Azərbaycanı çox bəyənmişəm. Buranın insanları çox mülayim və eyni zamanda qonaqpərvərdirlər. Düşünürəm ki, burda qazandığımız təcrübənin bizə çox böyük köməyi olacaq.

Olzhas Olzhakanov - qazaxıstanlı güləşçi: “Qazaxıstandan gəlmişik. Göygöl yarışlar öncəsi məşq etmək üçün əla yerdir. Buranın havası və təbiəti çox gözəldir. Digər ölkələrdən olan güləşçilərlə məşq edən zaman bir-birimizdən nələrisə öyrənirik, təcrübə qazanırıq. Eyni zamanda bu məşq toplanışı mənə Azərbaycanı tanımaq üçün gözəl bir fürsət yaratdı. Yaxın zamanlarda buradan ayrılacağım üçün məyusam.

Zirəddin Bayramov- Avropa çempionu: “Bu şəraiti bizə yaratdığı üçün AGF-yə təşəkkürümü bildirirəm. Burada məşqçilərin də çox əziyyəti var. Bu məşq toplanışının yüksək səviyyəli faydası var. ni biz, bildiyiniz kimi olimpiada toplanışındaydıq. Ordan buraya gəlmişik. Bizim üçün artım az idisə, indi lap çox olacaq. Ümid edirəm ki, bu artımlar bizim gələcək yarışlarımızda öz təsirini göstərəcək.

Təlim məşq toplanışında məşqçilər korpusu həm fiziki, həm də taktiki-texniki hazırlığa diqqət ayırır. Sərbəst güləşçilərin Göygöl toplanışı  avqust ayının 11-də yoldaşlıq görüşləri ilə yekunlaşacaq.