• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 716
— 05.08.2024 20:21

Prezident yeni səfirlərin etimadnaməsini qəbul edib

KepezTV Player

“Avstraliya regionda davamlı sülhün bərqərar olunmasında və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasında maraqlıdır”. Bu fikirləri Avstraliya İttifaqının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mayls Robert ArmTeyc - Prezident İlham Əliyevə etimadnaməsini təqdim edərkən deyib. Həmçinin bu xüsusda Prezident İlham Əliyev Azərbaycanın regional sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini bildirərək, artıq regionda sülhün mövcud olduğunu qeyd edib. Azərbaycan öz torpaqlarını işğaldan azad edəndən sonra Fransa əsl simasını nümayiş etdirdi. Bunu isə Prezident İlham Əliyev Burkina Fasonun Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vinta Somenin etimadnaməsini qəbul edərkən deyib. Fransanın ölkəmizə qarşı qərəzli mövqeyindən danışan İlham Əliyev Fransanın BMT-də, Avropa İttifaqında ölkəmizə qarşı ədalətsiz şəkildə fəaliyyət həyata keçirdiyini qeyd edib. Azərbaycan-Pakistan əlaqələri keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyev Pakistanın Azərbaycanda yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddinin etimadnaməsini qəbul edərkən ərazilərimizin işğalına görə Pakistanın Ermənistan ilə diplomatik əlaqələr qurmamasını, hətta torpaqlarımızın azad edilməsindən və suverenliyimizin tam bərpa olunmasından sonra da bunu etməməsini bir daha əsl dostluğun və qardaşlığın təzahürü kimi yüksək qiymətləndirib.