• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1015
— 25.07.2024 18:19

Beynəlxalq səyahətçilərin azad olunmuş torpaqlara səfəri

KepezTV Player

Dünyamiqyaslı 4 səyyah klublarından biri- “Most Traveled People” səyahət klubunun 35 nəfərlik heyətinin Qarabağa səfəri başlayıb. Çarlz Vilinin rəhbərlik etdiyi səfər heyətinin tərkibində 13 ölkədən olan səyahətçilər yer alır. Səyahət klubunun Qarabağ və Şərqi Zəngəzura 4-cü səfərində qonaqlar ermənilərin törətdiyi dağıntılara baxıb, aparılan bərpa-quruculuq işlərini yaxından izləyiblər. Səyyahlar işğaldan azad edilən ərazilərin dirçəldilməsindən, həmin yerlərə həyatın yenidən qaytarılmasından məmnunluqlarını ifadə ediblər. Səyahət klubunun azad olunmuş torpaqlarımıza səfəri 3 gün davam edəcək.

Şelvin Şah- amerikalı səyyah: “Bu gün biz səfərə gəldiyimiz Qarabağın tarixi, eləcə də Ermənistanla Azərbaycan arasında keçmişdə olan münaqişə ilə bağlı zəngin məlumat almaq imkanı əldə etmişik. Bu səfər bizə imkan verir ki, əslində nələrin baş verdiyi ilə bağlı informasiyanı əyani şəkildə öyrənək. Çox təəssüf edirəm ki, münaqişə nəticəsində hər iki tərəfdən xeyli sayda insan mina partlayışlarının qurbanı olur. Mən özüm sülhün tərəfdarıyam. Hesab edirəm ki, həm Azərbaycan və Ermənistan, həm də hər iki xalq arasında sülh əldə olunmalıdır”.

Cams Antos- filippinli səyyah: “Burada olmaq həqiqətən təsirləndiricidir. Bakıda olarkən arxitektura, yeməklər və ən əsası insanlar bizdə xoş təəssürat oyatmışdı. Burada Azərbaycanın tarixi haqqında çox öyrənirəm. Oxuduğunuz şeyləri həyatda görmək həqiqən də çox fərqli hiss etdirir. Hökumətinizin bu səyləri təqdirəlayiqdir”.

Vlad Kiybl- ukraynalı səyyah: “Mən bir neçə dəfə Azərbaycanda səfərdə olmuşam, lakin Qarabağa ilk dəfədir gəlirəm. 2020-ci ildə Azərbaycan xalqının uzunmüddətli yarası olan bu problemin həll olunduğunu və işğal altında olan ərazilərin azad edildiyini eşidib çox şad oldum. 2022-2023-cü illərdə bir neçə dəfə bu ərazilərə gəlmək üçün rəsmi müraciət etmişdim. O zaman minatəmizləmə işləri həyata keçirilirdi. Biz artıq Füzulidə inşa olunan yeni hava limanı ilə tanış olmuşuq. Çox ümid edirik ki, tezliklə ora Türkiyədən, Avropadan çoxsaylı uçuşlar həyata keçiriləcək. Qarabağın tarixi məkanları, xüsusilə də məscid, kilsə və digər tarixi məkanlar çox gözəldir”.

Çarlz Villi- amerikalı səyyah: “Qarabağa gəlməkdən həqiqətən zövq alırıq. Düşünürəm ki, bu, turizm üçün uğurlu məkandır. Şəxsən mən hər il bura gəlib yeni nələrin olduğunu görmək istəyirəm. Məsələn, 3 il əvvəl Şuşada məscidi dağıdılmış halda görmüşdüm, indi isə bərpa işləri aparılıb. İndi onu normal şəraitdə ziyarət edə bilirik. 5 ulduzlu Şuşa hotelində rahat konfrans keçirə bilirik. 3 il əvvəl sadəcə dağıntı və boş şəhər var idi. İndi isə onlar burada həqiqi və gözəl şəhər inşa ediblər”. 

Vüsalə Cənnətova